Müğənni Səyyad Əlizadə dəfn olunub.
APA-nın yerli bürosunun xəbərinə görə, S.Əlizadə anadan olduğu Füzuli rayonun Babı kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, bir müddət öncə koronavirusa yoluxan müğənni dünən axşam saatlarında yerləşdirildiyi Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib.