Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində “Günəşim” kukla tetarının təqdimat mərasimi keçirilib.
ONA-nın yerli bürosu xəbər verir ki, Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında səhnələşdirdiyi “Tıq-tıq xanım” kukla tamaşası nümayiş olunub.
Tamaşa uşaqlar tərəfindən maraq və sevinclə qarşılanıb.
Qeyd edək ki, “Sumqayıt-70” layihəsi çərçivəsində yaradılan “Günəşim” kukla teatrının məqsədi uşaqların asudə vaxtının səmərəli və mənalı təşkili, onların dünyagörüşünün formalaşmasında yardımçı olmaqdır.
Teatrın ideya müəllifi Ayişə Səfərli, bədii rəhbəri Ramilə Sadıqova, səs rejissoru Emil Murad, rəssamı Günel Hüseynovadır.
Ramil Zeynallı