Sumqayıtda Muğam Mərkəzi tikilir
  • MƏDƏNİYYƏT

  • 12:06 11 Aprel 2019

Sumqayıtda Muğam Mərkəzi tikilir

Sumqayıt şəhərində Muğam Mərkəzinin tikintisinə başlanılıb.

ONA-nın yerli bürosunun məlumatına görə, şəhər rəhbərliyinin təşəbbüsü ilə Sumqayıt bulvarında inşasına başlanılan Muğam Mərkəzi zirzəmi və iki mərtəbədən ibarətdir. Muğam Mərkəzinin 400 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq.

Ərazisi 2800 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq Muğam Mərkəzində qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar fəaliyyət göstərəcək.

Mərkəzdə muğamın sirlərinə yiyələnmək üçün 14 sinif otağı nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR