Sumqayıtdakı 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilən Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovun səhhətində ciddi problemlərin olduğu müəyyənləşib.
Y. Səlimov ONA-ya açıqlamasında vəziyyətinin hazırda qənaətbəxş olduğunu və həkim nəzarətində saxlandığını deyib: “Ötən gün xəstəxanaya yerləşdirilmişəm. Qarnıma su yığılıb, qaraciyər sirrozu diaqnozu qoyulub. Müalicəmi davam etdirirəm. Həkimlər deyirlər ki, bir müddət yataq şəraitində müalicə almalıyam. Müalicədən sonra səhhətimdə dəyişiklik olacağına ümid edirəm. Maraqlanan dostlara da təşəkkür edirəm”.
Qeyd edək ki, aktyor xəstəlikdən sonra xeyli arıqlayıb.
Xatırldaq ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyorudur.
Ramil Zeynallı