Azərbaycan və Özbəkistanın bir sıra şəhərləri qardaşlaşıb.
APA xəbər verir ki, bu barədə “Sputnik”in Özbəkistan bürosu məlumat yayıb.
Bildirilir ki, iki ölkənin şəhərlərinin qardaşlaşması barədə sənəd bu gün Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan birinci regionlararası forumu çərçivəsində imzalanıb.
Sənədə əsasən, Şuşa şəhəri ilə Xivə, Lənkəranla Buxara, Şəki ilə Kokand, Gəncə ilə Səmərqənd şəhərləri qardaşlaşıb.