• MƏDƏNİYYƏT

    13:48 23 yanvar 2024

Şuşada İslam Dünyasının Mədəniyyət Forumu təşkil ediləcək

Şuşada İslam Dünyasının Mədəniyyət Forumu təşkil ediləcək.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, bu çərçivədə 2024-cü il ərzində Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə aşağıdakı işlərin görülməsi tapşırılıb:

- Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransının keçirilməsi;

- “İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri” mövzusunda dəyirmi masa və sərginin keçirilməsi;

- “İslam Əməkdaşlığı Təşkilatı Ölkələrinin İqtisadiyyatı” kitabının təqdimat mərasiminin təşkili;

- “Şuşa - İslam Dünyasının Mədəniyyət paytaxtı 2024” poçt markasının və müvafiq internet resurslarının təqdimatı;

- Şuşanın və İslam ölkələrinin mədəni irsini əyani nümayiş etdirmək məqsədilə lentə alınmış, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin kosmosdan çəkilmiş təsvirlərindən ibarət sərgilərin təşkili.

ONA

Teqlər:

SON XƏBƏRLƏR