• MƏDƏNİYYƏT

    12:15 22 noyabr 2022

Şuşada məscidlərin bəzisi bərpadan sonra muzey kimi fəaliyyət göstərə bilər

Şuşada bərpa edilən məscidlərin içində ola bilər ki, bəzisi muzey kimi fəaliyyət göstərsin.

Bunu APA-nın sualına cavab olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

Sədr müavini qeyd edib ki, bu özü də Şuşaya ayrıca gözəllik qatacaq: "Əsasən, bu məscidlər aidiyyəti üzrə fəaliyyət göstərəcək. Lakin dediyim kimi, elə məscidlər ola bilər ki, muzey kimi istifadə edilsin. Bu isə özlüyündə Şuşanın simasına əlavə bir gözəllik qatacaq".

Səyyad Salahlı dağıdılmış məscidlərin hər birinin bərpa ediləcəyini deyib: "Biz çalışacağıq ki, Qarabağda və Şuşadakı bütün məscidləri bərpa edək. Məsələ burasındadır ki, ermənilər dünya ictimaiyyətinin qınağından qorxaraq Gövhər ağa məscidini, Ağdam məscidini və bu kimi bəzi məscidlərimizi dağıda bilmədilər, yer üzündən silə bilmədilər. Amma elə məscidlər də var ki, onları darmadağın ediblər. Təməlinə qədər söküblər, daşlarını aparıblar. Biz bu məscidləri də bərpa edəcəyik".

ONA

Teqlər:

SON XƏBƏRLƏR