• MƏDƏNİYYƏT

    17:31 30 aprel 2019

Tanınmış çilili saksafonçu “İçərişəhər” metrostansiyasında konsert verəcək

Mayın 1-dən 15-dək ölkəmizdə 3-cü dəfə "Tolerantlıq məkanına daxil olursunuz!" şüarı altında "Imagine" Avro Tolerantlıq Festivalı təşkil ediləcək.

“Bakı Metropoliteni”ndən ONA-ya verilən məlumata görə, bu mötəbər festival çərçivəsində silsilə tədbirlərdən biri Bakı metropolitenində keçiriləcək. Bununla Bakı metropoliteni öz tarixində ilk dəfə geniş miqyaslı böyük beynəlxalq sosial layihənin keçiriləcəyi məkanlardan biri olacaq.

Mayın 1-də festivalın açılış gününün ilk tədbirlərdən biri kimi əslən Çilidən olan belçikalı saksafonçu Marselo Monkada “İçərişəhər” stansiyasının vestibülündə konsert proqramı ilə çıxış edəcək. Konsert proqramı saat 17:00-da başlanacaq və bir saat davam edəcək.

Çilili tenor saksafon ifaçısı Marselo Monkada 2002-ci ildən Belçikaya köç edərək, Antverpen və Gent Kral konservatoriyalarında "Caz və xalq musiqisi" fakültəsində təhsil alıb. O, bir sıra tanınmış festivallarda iştirakı ilə tanınıb.

Bakı və Gəncədə keçirilməsi nəzərdə tutulmuş 3-cü "Imagine" Avro Tolerantlıq Festivalı Şərq Tərəfdaşlığının 10 illik yubileyinə təsadüf edir. Əvvəlki illərin ənənəsi qorunmaqla festivalın proqramının daha fərqli və orijinal olması nəzərdə tutulub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR