Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib.
ONA-nın xəbərinə görə, Həsən Cəbrayılov bu gün səhər saatlarına müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Mərhum ürək çatışmazlığından əziyyət çəkirmiş. Bir neçə gün əvvəl infarkt keçirən sənətçi xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
H. Cəbrayılovun yas mərasimi yaşadığı Yasamal rayonunda keçiriləcək. Mərhum Pirşağı qəbiristanlığında dəfn olunacaq.
H. Cəbrayılov 1949-cu ildə anadan olub. Bu yaxınlarda 70 illik yubileyini qeyd edib. Mərhum uzun illər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də çalışıb.