• MƏDƏNİYYƏT

    11:03 28 mart 2019

“Tanrıya 14 məktub” tamaşasının premyerası olub 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız yazıçısı Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanmış “Tanrıya 14 məktub” tamaşasının premyerası olub.

ONA xəbər verir ki, pyesin tərcüməçisi və tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı əməkdar artist Nailə Məmmədzadədir.

Tryukların quruluşu İsa Əsədova, musiqi tərtibatı Şamxal Novruzluya aiddir. Səhnə əsərində rolları Anar Səfiyev, Mirsənan Kazımlı, Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Araz Pirimov canlandırıb.

Əsərin qəhrəmanı 10 yaşlı Oskardır. O, qan xərçəngindən əziyyət çəkir. Tamaşa ölümlə üz-üzə dayanan Oskarın ağır xəstəliklə mübarizəsindən və ömrünün son 10 günündən bəhs edir. Kədərli finalı olan əsər insanlarda Allaha inam duyğusunun hər zaman olmasını, ən çətin anlarda belə şükür etməyi bacarmağı təbliğ edir.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR