“CinemaPlus” premium kinoteatrlar şəbəkəsi “Tim Taler və ya satılmış gülüş” adlı ailəvi filmin nümayişlərinə başlayıb.
ONA xəbər verir ki, film “Cinemazadeh” studiyasında dublyaj olunub.
Dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissor Kamal Yaşar, səs rejissoru Orxan Ağalarov, post-prodakşnı Rüfət Kərimzadə, icraçı prodüsseri Əlisəttar Quliyev, baş prodüsseri Cəfər Axundzadədir.
Filmi Aqil M. Quliyev, Əlixan Rəcəbov, Çiçək Abbasova, Toğrul Rza və Vüsal Hacıqə səsləndiriblər.
Filmin rejissoru Andreas Drezendir.
Qeyd edək ki, filmdə Tim Taler adlı uşaq həyatda ən çox gülməyi sevir. Bir gün Tim at yarışları zamanı qəribə bir kişi ilə tanış olur. Qəribə kişi ona maraqlı bir sövdələşmə təklif edir: Tim ona öz gülüşünü satır. Bundan sonra o, bütün mərcləri udacaq...