Belarusun Azərbaycandakı səfirliyində əməkdar artist Tünzalə Ağayevaya “II Avropa Oyunlarının ulduz səfiri” sertifikatı təqdim edilib.
ONA-nın məlumatına görə, sertifikatı Belarusun Azərbaycandakı səfiri Qennadiy Axramoviç təqdim edib. Səfir bildirib ki, Tünzalə Ağayeva bu sahədə böyük təcrübəyə malikdir və o, Belarusda da çox sevilir. Q. Axramoviçin sözlərinə görə, Belarus II Avropa Oyunlarına çox fəal şəkildə hazırlaşır. Səfir qeyd edib ki, Azərbaycan I Avropa Oyunlarını çox yüksək səviyyədə keçirib və bu səbəbdən də Belarus tədbirin keçirilməsinə daha məsuliyyətlə yanaşır.
Səfir hər kəsi iyunun 21-30-da Minskdə keçiriləcək II Avropa Oyunlarına dəvət edib.