• MƏDƏNİYYƏT

    18:18 6 mart 2019

TÜRKSOY-da Nəsiminin 650 illik yubileyi qeyd olunub

TÜRKSOY-un Ankaradakı mənzil-qərargahında İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı mərasim keçirilib.

ONA-nın Türkiyə bürosunun xəbərinə görə, TÜRKSOY-un baş katibi Düsen Kasseinov açılış nitqində Nəsiminin Azərbaycan mədəniyyətində özəl yerə sahib olduğunu bildirib. O, Nəsimini "insanlıq üçün yaşayıb yaradan mütəfəkkir" adlandırıb.

Türkiyə prezidentinin müşaviri Yalçın Topçu çıxışına Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin ölümünün 64-cü ildönümünü xatırlatmaqla başlayıb. O, “Bir kərə yüksələn bayraq bir daha enməz!” deyən Rəsulzadənin ucaltdığı bayrağın bir gün Şuşada da dalğalanacağına əmin olduğunu bildirib. Y.Topçu Nəsiminin Azərbaycanın ən böyük mütəfəkkir şairlərindən olduğunu deyib.

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev dünya ədəbi və fəlsəfi fikrinə böyük töhfələr vermiş Nəsiminin Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olduğunu deyib.

Türkiyənin mədəniyyət nazirinin müavini Ahmet Haluk Dursun Nəsiminin Əlişir Nəvai, Mövlanə fəlsəfəsi ilə müqayisə ediləcək mütəfəkkir olduğunu deyib.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin 27 may 2018-ci il tarixli sərəncamı ilə xalq artisti fəxri adı ilə təltif olunmuş TRT xorunun bədii rəhbəri Elnarə Kərimovaya fəxri adın döş nişanı da təqdim edilib.

Daha sonra əməkdar artist Feyruz Səxavət və muğam qrupunun ifası maraqla dinlənilib.

İlhamə Qasımlı

Aytən

Teqlər:

SON XƏBƏRLƏR