• MƏDƏNİYYƏT

    15:00 24 iyul 2019

Ukraynada küçələrdən birinə Müslüm Maqomayevin adı verilib

Ukraynanın Dnepr şəhərində küçələrdən birinə dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin adı verilib.

“Ukrinform”un xəbərinə görə, Dnepr Şəhər Şurasının deputatları Sobornı rayonunda yerləşən 8 Mart küçəsinə Müslüm Maqomayevin adının verilməsi barədə qərar qəbul ediblər.

Həmin küçəyə M. Maqomayevin adının verilməsi təklifi ilə “Dnepropetrovşina azərbaycanlılarının Liqası” təşkilatı çıxış edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR