Mədəniyyət naziri Əbülfəs Qarayevin UNESCO-da görüşləri çərçivəsində Azərbaycan hökuməti ilə YUNESKO arasında 2019-cu ilin 30 iyun-10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanıb.
Mədəniyyət Nazirliyindən ONA-ya verilən məlumata görə, müqaviləni Azərbaycan hökuməti tərəfdən Əbülfəs Qarayev, YUNESKO tərəfdən isə baş direktorun müavini Ernesto Ottone Ramirez imzalayıb.
Sənəddə tədbirin təşkili ilə bağlı həm Azərbaycanın, həm də YUNESKO-nun vəzifə öhdəlikləri əks olunub. Bununla yanaşı, müqavilədə komitədən əvvəl keçiriləcək Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun təşkili ilə bağlı məsələlər göstərilib.