• MƏDƏNİYYƏT

    10:21 2 may 2019

UNESCO baş direktorunun köməkçisi: “Bakı Forumunun əsas prinsipi qüvvələrimizi dialoqa, sülhə səfərbər etməkdir”

“UNESCO Dünya Mədəniyyətlərarası Dialoq Forumuna həmişə xüsusi diqqət əhəmiyyət verib”.

ONA-nın məlumatına görə, bunu bu gün Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Nada əl-Naşir bildirib.

Nada əl-Naşir deyib ki, UNESCO bu sahədə Azərbaycan hökuməti ilə davamlı əməkdaşlıq edib: “Münaqişələrin cəmiyyətləri müntəzəm parçaladığını, qütbləşmələrə rast gəlirik. Dünyada qaçqın və məcburi köçkünlərin artdığının şahidi oluruq. Məqsədimiz insan hüquqları və qarşılıqlı hörməti təbliğ etməkdə inklüziv cəmiyyət formalaşdırmaqdır. Biz müxtəlifliyin güc mənbəyi olduğunu nəzərə çatdırmalıyıq. UNESCO-nun əsas məqsədi də sülhü təbliğ etməkdir. Mədəniyyətlərarası dialoq 2013-cü ildən başlayıb və 2022-ci ildə bitəcək. Bakı Prosesi bu sahədə işləri irəli aparmağa kömək edəcək”.

UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi qeyd edib ki, zorakı ekstremizmə qarşı mübarizə aparmaqda mədəniyyətlərarası dialoq mühüm vasitədir: “Təhsil vasitəsilə radikallaşmanın qarşısını almaq da vacibdir. İnternet üzərindən də xüsusi iş aparılmalıdır. Biz mədəniyyətlərarası dialoqu necə aparmalıyıq ki, sülhə xidmət etsin? Bakı Forumunun da əsas prinsipi qüvvələrimizi müştərək şəkildə dialoqa, sülhə səfərbər etməkdir. Biz gələcəkdə də daha faydalı dialoq və əməkdaşlığı davam etdirəcəyik”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR