UNESCO-nun baş qərargahında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı informasiya sessiyası keçirilib.
ONA xəbər verir ki, təşkilatın Mədəniyyətlərarası dialoq və tərəfdaşlıq departamentinin rəhbəri Maqnus Maqnusson sessiyanı açıq elan edərək, “Bakı Prosesi”nin əhəmiyyəti və V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı üzv ölkələrin nümayəndələrinə məlumat verib.
Daha sonra Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri, Forumun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri Nihal Saad, İSESCO-nun rəsmisi Yahya Pallaviçini və Avropa Şurasının rəsmisi Migel Silva çıxış edərək müasir dövrdə mədəniyyət və dinlərarası münasibətlərin vəziyyəti, “Bakı Prosesi”nin qlobal səviyyədə əhəmiyyəti, 2019-cu ilin 2-3 may tarixində Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramında nəzərdə tutulan məsələlərlə bağlı iştirakçılara məlumat veriblər.
Sessiya çərçivəsində “Bakı Prosesi” və V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan film nümayiş etdirilib.
Sessiya sual-cavabla davam edib.