• MƏDƏNİYYƏT

    11:36 1 mart 2019

“Unutmağa kimsə yox” tamaşası nümayiş olunacaq

Martın 4-də saat 18:00-da yazıçı Kamal Abdullanın “Unutmağa kimsə yox” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.

ONA xəbər verir ki, tamaşa “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalı çərçivəsində təqdim ediləcək.

Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsinin III kurs tələbələrinin hazırladıqları səhnə əsərində Tunar Əlizadə (Aspirant), Çimnaz Bağırova və Oksana İsgəndərova (Qadın, Ana), Əlirza Kənani (Arxadaş), Səbinə Məmmədova (Quzu (Qağayı), Elnur Tağıyev (Yekəpər (Yaddaş), Rəhimə Abdinova (Əntər (Əzab), Asim Mərdanov (Qoca), Fərid Baxşıyev (Feldşer) iştirak edirlər.

Kursun rəhbəri əməkdar artist Yaqut Paşazadədir.

Tamaşada səhnə danışığı üzrə hazırlıq dosent Nadir Hüseynova, xoreoqrafiya işi isə Səbinə Məmmmədovaya məxsusdur. Səhnə əsəri Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində oynanılacaq.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR