• MƏDƏNİYYƏT

    13:16 2 aprel 2019

Vaqif Mustafazadəyə həsr olunmuş konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagird heyətinin konserti keçirilib.

ONA-nın xəbərinə görə, konsert Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Konsert zamanı V.Mustafazadənin əsərləri, müxtəlif caz kompozisiyaları məktəbin şagird və tələbələrinin ifasında səslənib.

Gecədə Cavan Zeynallı da çıxış edib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR