• MƏDƏNİYYƏT

    16:26 27 mart 2022

Violetta Kolesnikova vəfat edib

“Vinni Pux” ve “ Bremen şəhərinin Musiqiçiləri" filmlərinin yaradıcısı və animatoru Violetta Kolesnikova 83 yaşında vəfat edib.

ONA "Kinopoiskə" istinadən xəbər verir ki, bu barədə onun 2004-cü ildən bəri çalışdığı "Şar" studiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, V. Kolesnikova 1959-cu ildən "Soyuzmultfilm"də animator kimi çalışıb. O, "Vinni Pux" və "Bremen şəhərinin musiqiçiləri" ilə yanaşı, "Mavi bala", "Film, film, film", "Sərraf tutuquşunun qayıdışı" kimi cizgi filmlərinin ərsəyə gəlməsində iştirak edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR