• MƏDƏNİYYƏT

    11:43 16 mart 2019

Vyetnam müharibəsinə qarşı çıxan şair vəfat edib

ABŞ şairi, yazıçı və tərcüməçisi Uilyam Stenli Mervin 92 yaşında vəfat edib.

ONA Rusiya mətbuatına istinadən xəbər verir ki, şair Havay adalarındakı evində ölüb.

O, ömrünün son 40 ilini burada keçirib.

Mervin 30 sentyabr 1927-ci ildə Nyu-Yorkda anadan olub. Vyetnam müharibəsinə qarşı çıxan şar müharibə əleyhinə mövzunda yazdığı şeirləri ilə tanınıb. Sonralar isə mifologiya mövzusuna müraciət edib.

Bundan başqa, bir neçə pyesin və esselər kitabının müəllifidir.

Mervin ispan, fransız, italyan və başqa dilləri bilirdi. O, Pablo Neruda və Osip Mandelştamın əsərlərini ingilis dilinə çevirib.

1971 və 2009-cu illərdə Pulitser mükafatının laureatı olub.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR