• MƏDƏNİYYƏT

    11:55 17 aprel 2019

X Beynəlxalq Mstislav Rostropoviç Festivalının proqramı müəyyənləşib

22-27 aprel tarixlərində Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək.

ONA-nın məlumatına görə, festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət Nazirliyidir.

Festivalda Rusiya, İsveçrə, Almaniya, İspaniya, ABŞ-dan dünya şöhrətli musiqiçilər və kollektivlər – Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı, “Mühchenklang Orkestri və Xoru, Lozanna Kamera Orkestri, tanınmış pianoçular Boris Berezovski, Yefim Bronfman, Aleksandr Kantorov, skripkaçı Sergey Krılov, violonçel ifaçısı Pablo Ferrandez və başqaları iştirak edəcəklər.

Xarici musiqiçilər Azərbaycanın xalq artisti Rauf Abdullayev, əməkdar artist Fuad İbrahimov, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxış edəcəklər. Konsert proqramlarında L.V.Bethoven, Y.Brams, C.Verdi, F.Şubert, K.Sen-Sans, P.İ.Çaykovski, S.Raxmaninov, A.Skryabin, Q.Qarayev, N.Metner, Q.Forenin əsərləri səslənəcək.

Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalının proqramını təqdim edirik.

22 aprel, saat 19:00

Azərbaycan Dövlət Akademik Filarmoniyası

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

Bədii rəhbər və baş dirijor

Rauf Abdullayev

Sergey Krılov (violin, Rusiya)

Aleksandr Kantorov (piano, Fransa)


23 aprel, saat 19:00

Azərbaycan Dövlət Akademik Filarmoniyası

Lozanna Kamera Orkestri (İsveçrə)

Dirijor Coşua Vaylerştayn (ABŞ)

Yefim Bronfman (piano, İsrail, ABŞ)


24 aprel, saat 19:00

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası

Fortepiano musiqisi axşamı

Boris Berezovski (piano, Rusiya)


25 aprel, saat 19:00

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Boris Eyfmanın

Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı

“Günahın o tayında”

İkipərdəli balet


26 aprel, saat 19:00

Heydər Əliyev Sarayı

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

Dirijor Fuad İbrahimov

Pablo Ferrandez (cello, İspaniya)


27 aprel, saat 19:00

Heydər Əliyev Sarayı

“Münchenklang” orkestri və xoru (Almaniya)

Dirijor Tomas Hefele

Anna Karmazin (soprano)

Lüdviq Mittelhammer (bariton)

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR