• MƏDƏNİYYƏT

    17:38 20 may 2019

Bakıda fiziki məhdudiyyətli şəxlərin iştirakı ilə musiqili gecə keçiriləcək

Mayın 22-i, saat 17:00-da Azərbaycan Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə keçiriləcək.

ONA-nın məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi, “Söz” ədəbi layihəsi Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi, Azərbaycan Əlil Təşkilatları İttifaqı və “GülSam” Əlillərin Reabilitasiya İctimai Birliyinin təşkilatçılığı ilə təşkil ediləcək.

Tədbirdə fiziki məhdudiyyətli insanların iştirakı ilə ədəbi-bədii parçalar səsləndiriləcək.

Qeyd edək ki, “Söz” ədəbi layihəsinin məqsədi şeir və nəsrin populyarlaşdırılması, həmçinin ədəbiyyat sahəsində gənc istedadlara dəstək olmaqdır.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR