Xalq artisti Rafael Dadaşov dəfn olunub
  • MƏDƏNİYYƏT

  • 15:25 17 Mart 2020

Xalq artisti Rafael Dadaşov dəfn olunub

Xalq artisti Rafael Dadaşovla vida mərasimi keçirilib. 

APA-nın xəbərinə görə, vida mərasimi Xalq artistinin yaşadığı evdə təşkil olunub. 

Vida mərasimi başa çatandan sonra R. Dadaşov II Fəxri xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov martın 16-da vəfat edib. O, bir müddət əvvəl ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.

 

 

ONA

Teqlər: Rafael Dadaşov

OXŞAR XƏBƏRLƏR