• MƏDƏNİYYƏT

    12:54 7 mart 2019

Xalq rəssamı Arif Əzizin İstanbulda sərgisi açılıb

Martın 6-da İstanbulda xalq rəssamı, professor Arif Əzizin “Bəyaz körpü” fərdi sərgisinin açılışı olub.

ONA xəbər verir ki, sərgi Üsküdar Bələdiyyəsinin təşkilati dəstəyi ilə Nevmekan Sahil salonunda baş tutub.

133 əsərdən ibarət sərginin açılışında İstanbul Universitetlərinin müəllim-professor heyətli, diplomatik nümayəndələr, xalq rəssamı Sakit Məmmədov, muzey, sənət evləri və qalereyaların nümayəndələri, eləcə də sənətseverlər və geniş ictimaiyyət iştirak edib.

Tədbirdə Üsküdar Bələdiyyəsinin başçısı Hilmi Türkmen çıxış edərək, xalq rəssamı Arif Əzizin Azərbaycan-Türkiyə mədəni münasibətlərinin inkişafındakı əhəmiyyətli fəaliyyətini qeyd edib. Xalq rəssamına İstanbul Bələdiyyəsi tərəfindən “Təşəkkürnamə” təqdim olunub.

Sərgi aprel ayının 12-nə qədər davam edəcək.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR