Azərbaycanın xalq şairi Osman Sarıvəllinin oğlu Babək Qurbanov vəfat edib.
ONA-nın xəbərinə görə, bu barədə yazıçı Firuz Mustafa məlumat verib.
F.Mustafa bildirib ki, fəlsəfə elmləri doktoru, professor Babək Qurbanov 80 yaşında dünyasını dəyişib və bu gün atasının yanında, Qazax rayonunun İkinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki. B.Qurbanov uzun illər Türkiyədə yaşayıb, müxtəlif universitetlərdə fəlsəfə, sənət fəlsəfəsi, estetika, etika, kulturologiya, musiqi estetikası, musiqi nəzəriyyəsi, müasir türk düşüncə tarixi və s. fənlərdən mühazirələr oxuyub. O, həm də bir çox jurnal və qəzetlərin redaksiya heyətlərinin üzvü olub.
Allah rəhmət eləsin!