Prezident İlham Əliyev xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.
ONA-nın məlumatına görə, sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.