• MƏDƏNİYYƏT

    12:50 26 fevral 2019

Xocalıya həsr olunmuş orqan musiqisi təqdim edilib

Fevralın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş orqan konserti keçirilib.

ONA xəbər verir ki, tədbir Filarmoniya və Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə baş tutub. Anım konsertində dirijor, əməkdar artist Yulizana Kuxmazovanın bədii rəhbərliyi ilə BMA-nın tələbə xoru, beynəlxalq müsabiqələr laureatı Şəfəq Abdullayeva, Səbinə Bəylərbəyova, əməkdar müəllim Rasimə Babayeva, solistlər İlham Nəzərov (kontrtenor), İslama Abdullayeva (soprano), Orxan Hüseynli (xanəndə) Azərbaycan və xarici bəstəkarların əsərlərini səsləndiriblər.

Konsertin bədii rəhbəri, əməkdar incəsənət xadimi, professor Tahirə Taqubovadır.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR