• MƏDƏNİYYƏT

    13:10 7 may 2019

YAP qərargahında "Heydər Əliyev-96" sərgisinin açılışı olub - FOTOSESSİYA

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında "Heydər Əliyev-96: Gənc Rəssamların sərgisi"nin açılışı olub.

ONA xəbər verir ki, açılışda Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov iştirak edib.

O bildirib ki, Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə bir qrup rəssamların şəkillərindən ibarət sərgi keçirilir: "Heydər Əliyev həmişə mədəniyyətə, sənətə önəm verib. Bu, Heydər Əliyevin xalqımız qarşısında göstərdiyi xidmətlərin bir qolunu təşkil edir. Bu gün burada olan gənc rəssamlar xalq rəssamı Sakit Məmmədovun tələbələridir. YAP-ın binasında belə sərginin keçirilməsi gənclərin yaradıcılığının təbliğinə əsas verəcək. Gənc rəssamlar bir daha Heydər Əliyevi yada salır, hörmətlə anırlar. Bu sərginin burda keçirilməsini yüksək qiymətləndirirəm. Biz bütün gənc incəsənət xadimlərinə, rəssamların fəaliyyətinin genişlənməsi üçün imkan daxilində dəstək olmağa hazırıq".

Qeyd edək ki, sərgidə 40-a yaxın gənc rəssamın əsərləri sərgilənir. Satışa çıxarılan əsərlərin qiyməti min manatdan başlayır, 4 min manata qədər davam edir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR