Yaqub Zurufçu dəfn olunub
  • MƏDƏNİYYƏT

  • 14:40 15 Sentyabr 2021

Yaqub Zurufçu dəfn olunub

Əməkdar artist Yaqub Zurufçu dəfn olunub.

APA-nın məlumatına görə o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə sənətkarın ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu jurnalistlərə açıqlamasında Yaqub Zurufçunun bütün varlığı ilə Azərbaycana bağlı olduğunu deyib:

“Neçə gündür ki, istər dövlət, istərsə də xalqdan dəstək görürəm. Təəssüf ki, pandemiya onu istədiyimiz kimi dəfn olunmağa imkan vermədi. Nə qədər Azərbaycan var, Yaqub bəy də olacaq”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Yaqub Zurufçunun dəfn mərasimi üçün əklil göndərib.

Əklil Y.Zurufçunn məzarı önünə qoyulub.

Qeyd edək ki, Əməkdar artist dünən koronavirusdan vəfat edib. Müalicə olunduğu xəstəxanada vəfat edən Əməkdar artist Yaqub Zurufçunun nəşi nu gün ailəsinə təhvil verilib.

1 Saylı Şəhər Klinik Xəstəxanasının həyətində onunla vida mərasimi keçirilib.

 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR