• MƏDƏNİYYƏT

    17:29 13 mart 2019

Yaradıcılıq ittifaqları və birliklərinə 2 850 000 manat ayrılıb

Prezident İlham Əliyev Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Bəstəkarlar İttifaqına 650 (altı yüz əlli) min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 (üç yüz əlli) min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 (üç yüz) min manat, Azərbaycan Memarlar İttifaqına 250 (iki yüz əlli) min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 (iki yüz əlli) min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 (iki yüz əlli) min manat ayrılıb.

Qeyd edək ki, sərəncamla Azərbaycan Yazıçılar Birliyinə 800 (səkkiz yüz) min manat veriləcək.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR