• MƏDƏNİYYƏT

    13:10 19 aprel 2019

Yekaterinburqda "Azərbaycan nemətləri" mağazalar şəbəkəsi layihəsinin təqdimatı keçirilib

Rusiyanın Yekaterinburq şəhərində "Azərbaycan nemətləri" mağazalar şəbəkəsi layihəsinin təqdimatı keçirilib.

ONA-nın Rusiya bürosunun məlumatına görə, Azərbaycanın Rusiyadakı Ticarət nümayəndəliyinin təşkilatçılığı, Ural Federal Dairəsi Ticarət-Sənaye Palatasının və Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun dəstəyi ilə keçirilən təqdimatda yerli sahibkarlar və diaspor nümayəndələri iştirak ediblər.

Təqdimatda "Azərbaycanın Ticarət Evi" layihəsi və onun tərkib hissəsi olan "Azərbaycan nemətləri" mağazalar şəbəkəsinin konsepsiyası haqqında məlumat verilib. Bildirilib ki, bu konsepsiya Azərbaycan ixracatçılarını dəstəkləməyə və Rusiya bazarında Azərbaycan məhsullarının irəli çəkilməsi ilə bağlı kompleks sistemin formalaşdırılmasına istiqamətlənib. Qeyd olunub ki, "Azərbaycan nemətləri" mağazalar şəbəkəsi layihəsi Moskvada və Rusiyanın müxtəlif regionlarında yerli sahibkarları bu layihəyə cəlb etməklə həyata keçirilir. Layihənin müxtəlif formatları mövcuddur. Bunlar geniş çeşidli məhsulların satıldığı böyük mağazalardan tutmuş ixtisaslaşdırılmış çay və şərab evlərinə qədər olan mağazalardır.

Təqdimatda çıxış edən Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin baş məsləhətçisi Namiq Xəlilov "Azərbaycan Ticarət Evi"nin mağazaları geniş çeşidli Azərbaycan məhsulları ilə təmin olunmasına yardım edəcəyini bildirib, bu layihənin ölkəmizin ixrac potensialı, turizm və investisiya imkanları ilə tanış olmaları, Azərbaycan və Rusiya sahibkarlarının təmasda olması üçün daimi fəaliyyətdə olan meydança olduğunu vurğulayıb.

Fərid Əkbərov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR