“Yuğ Teatrına bina verilməsi haqqında düşünürük”.
ONA xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
O bildirib ki, hələlik bu barədə son qərar verilməyib: “Hələlik onlara yer ayırmışıq, yaradıcı proseslərinə dövlət tərəfindən dəstək verilir”.
Nazir əlavə edib ki, Pantomim Teatrının binasının təmirinə İrəvan Teatrının təmiri yekunlaşandan sonra başlanılacaq.