• SİYASƏT

    16:39 17 iyun 2026

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olub

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində Qərargahın növbəti iclası keçirilib.

ONA xəbər verir ki, iclasdan sonra iştirakçılar Ağdərə şəhərinin Baş planı ilə tanış olublar. Onlara şəhərin inkişaf perspektivləri və nəzərdə tutulan layihələr barədə məlumat verilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR