• SOSİAL

    12:39 17 iyun 2026

Regionlarda 65 yaşı tamam olan həkimlərin işləməsinə icazə veriləcək

Regionlarda 65 yaşı tamam olan həkimlərin işləməsinə icazə veriləcək.

ONA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib.

“Bu gün həkim çatışmazlığı var. Regionlarda həkim çatışmazlığı problemini dəfələrlə qaldırmışıq, müzakirə etmişik. Həm geniş dinləmələr keçirilib, həm də aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə məhdud tərkibdə görüşlər təşkil olunub. Əminəm ki, artıq aparılan islahatlar öz nəticəsini verəcək. Artıq Tibb Universitetini bitirən, rezidentura təhsili almamış həkimlər Təkmilləşdirmə İnstitutu vasitəsilə regionlara göndəriləcək. Digər problem isə 65 yaşı tamam olan həkimlərin təqaüdə göndərilməsi məsələsidir. Bu gün həmin məsələyə baxılır. Regionlarda 65 yaşı tamam olan həkimlərin peşə fəaliyyətini davam etdirməsinə şərait yaradılacaq. Bu istiqamətdə ciddi iş aparılır”, – komitə sədri qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR