• SİYASƏT

    13:19 29 aprel 2019

İnsan alverinə qarşı mübarizə üzrə yeni Milli Fəaliyyət Planı hökumətə təqdim edilib

Sayca 3-cü Milli Fəaliyyət Planının icra müddətinin başa çatması nəzərə alınaraq, insan alverinə qarşı aparılan mübarizənin davamlılığının təmin edilməsi məqsədilə 2019-2023-cü illəri əhatə edən yeni Milli Fəaliyyət Planının layihəsi hazırlanaraq hökumətə təqdim edilib.

ONA-nın məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatında bildirilib.

Sənəddə həmçinin qeyd edilib ki, aidiyyatı dövlət orqanlarının təklifləri əsasında hazırlanan layihənin ilkin variantı 67 tədbirdən ibarətdir. Məlumatda insan alverinə qarşı mübarizədə səlahiyyətli doy orqanlarının maddi-texniki təminatının yaxşılaşdırılması, qurbanların reabilitasiyası və müdafiəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi, profilaktik işin, cinayət tətbiqinin, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və s kimi məsələlər öz əksini tapıb.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR