• SİYASƏT

    13:40 25 iyul 2020

ABŞ-ın Bakıdakı və İrəvandakı səfirlikləri Azərbaycanın Los-Ancelesdəki konsulluğu qarşısında aksiya ilə bağlı bəyanat yayıb

ABŞ-ın Bakıdakı və İrəvandakı səfirlikləri Azərbaycanın Los-Ancelesdəki konsulluğu qarşısında iyulun 21-də keçirilmiş etiraz aksiyasına cavab bəyanatı yayıb.

ABŞ-ın Bakıdakı səfirliyindən APA-ya daxil olan bəyanatda bildirilir ki, ABŞ-ın Bakıdakı səfirliyi və ABŞ-ın İrəvandakı səfirliyi dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyir.

“ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq mühafizə orqanları ilə birlikdə çalışır. Söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq-mühafizə orqanları zorakılıq aktları barədə müvafiq tədbir görüləcəkdir. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq”, - deyə bəyanatda bildirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR