• SİYASƏT

    16:28 30 aprel 2019

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının üzvü Azərbaycanda dini tolerantlığı yüksək qiymətləndirib

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyası Azərbaycana dair növbəti illik hesabatı yayıb.

ONA-nın məlumatına görə, ötən illərdə olduğu kimi, bu il də hesabatda Azərbaycana dair bəzi neqativ məqamlar öz əksini tapıb. Əvvəlki illərdən fərqli olaraq, komissiyanın 9 üzvündən biri, Xristian Liderləri Konqresinin sədri, yevangelist icmasını təmsil edən Coni Mur bu qərəzli yanaşma ilə razılaşmayaraq öz xüsusi rəyini açıqlayıb və bu mövqe hesabata daxil edilib.

Coni Mur Azərbaycanın məhz dini tolerantlığa görə tanındığını, burada müxtəlif məzhəblər və dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəklində, tam azad və təhlükəsiz şəraitdə birgə yaşayıb ibadət etdiklərini vurğulayıb. O, hökumətin dini azlıqlarla məşğul olan beynəlxalq qurumların müraciətlərinə çox məsuliyyətlə yanaşdığını müşahidə etdiyini qeyd edib. Həmçinin ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının üzvü Azərbaycanın yerləşdiyi coğrafi məkanı nəzərə alaraq, dini azlıqlarla məşğul olan beynəlxalq qurumların hökumətin zorakı dini ekstremizm və milli təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalı olduqlarını vurğulayıb. Sonda o, Ermənistanla Azərbaycan arasında sülhün tezliklə əldə edilməsinin zəruriliyini qeyd edib.

Qeyd edək ki , C.Mur ötən ildə ABŞ-dan gələn bir qrup dini xadimlərin tərkibində Azərbaycana səfər edib və mövcud vəziyyətlə yerində tanış olub.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR