• SİYASƏT

    17:04 6 mart 2019

ABŞ-ın yeni səfiri: "Azərbaycanla münasibətlərimizin bütün aspektlərini gücləndirməyə çalışacağam"

Mən ABŞ-ın Azərbaycandakı yeni səfiri olmaqdan məmnunluq duyuram.

ONA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Li Litzenberger Azərbaycana gəlişi münasibəti ilə sosial şəbəkə istifadəçilərinə müraciətində deyib.

O bildirib ki, Birləşmiş Ştatlar və Azərbaycanı güclü əlaqələr bağlayır: “Əlaqələrimiz 25 ildir ki, təhlükəsizlik, enerji, iqtisadi artım və demokratiya kimi vacib sahələrdə inkişaf edir. Səfir kimi çalışaraq mən ikitərəfli münasibətlərimizin bütün aspektlərini gücləndirməyə və yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə çalışacağam. Ölkələrimizin insanları arasında əlaqələr güclüdür. Mən müxtəlif insanlarla görüşərək onların fikirlərini dinləmək niyyətindəyəm”.

Səfir tezliklə Azərbaycana gələcəyini açıqlayıb.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR