• SİYASƏT

    10:33 9 iyun 2022

ABŞ səfiri: “Azərbaycanda tarixi hadisələrə şahidlik etdim”

“Azərbaycanda missiyam başa çatır. Çox fəxr edirəm ki, ABŞ səfiri kimi, Azərbaycanda çalışdım, tarixi hadisələrə şahidlik etdim. Mən əminəm ki, bizim münasibətlərimiz əmin əllərdədir”.

APA xəbər verir ki, bunu ABŞ səfiri Li Litzenberger brifinqdə bildirib.

O deyib ki, ABŞ Azərbaycanın müstəqilliyinin, eyni zamanda, Cənubi Qafqazda sabitliyin və demokratiyanın ən böyük dəstəkçisidir.

Diplomat qeyd edib ki, Azərbaycanın qlobal terrorla mübarizəyə verdiyi töhfəni yüksək qiymətləndirirlər.

ABŞ səfiri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinə də münasibət bildirib.

Li Litzenberger diqqətə çatdırıb ki, Avropa İttifaqı (Aİ) normallaşma prosesində aktiv rol oynayır, ABŞ bunu təqdir edir.

“Biz İrəvan və Bakıda tərəflərlə dialoq aparırıq ki, sülhə necə töhfə verə bilərik”, - amerikalı diplomat əlavə edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR