• SİYASƏT

    15:53 24 iyul 2019

ABŞ səfiri: “Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyata töhfəsi yüksək qiymətləndirilir”

Baş Nazirin müavini Əli Əhmədov ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə,

Ə.Əhmədov görüşdə deyib ki, bir çox məsələlərdə hər iki ölkənin maraqları üst-üstə düşür və bu da əməkdaşlıq üçün əlavə imkanlar yaradır: “Azərbaycanla ABŞ arasında çox yaxşı münasibətlər var və biz bunun inkişafında maraqlıyıq”.

Baş Nazirin müavini qeyd edib ki, Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində ABŞ şirkətləri yaxından iştirak edir.

Li Litzenberqer ABŞ-ın Azərbaycanın müstəqilliyini və suverenliyini güclü şəkildə dəstəklədiyini vurğulayıb: “Azərbaycanın regionda və daha geniş aləmdə oynadığı rol, eyni zamanda təhlükəsizlik sahəsində Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata töhfəsi yüksək qiymətləndirilir. Bu istiqamətdə beynəlxalq səylər və etibarlı tərəfdaşlıq ABŞ hökuməti tərəfindən müsbət dəyərləndirilir”.

Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR