Azərbaycanın NATO tərkibində Əfqanıstandakı missiyada iştirakı bu ölkənin qlobal təhlükəsizlik çağırışlarına cavabının bariz nümunəsidir.
ONA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Amerika Silahlı Qüvvələri gününə həsr olunmuş qəbulda deyib.
"NATO ilə Azərbaycan arasında sıx əlaqələr yaradılıb. Azərbaycanın silahlı qüvvələrinin NATO-nun rəhbərliyi ilə Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında iştirakı Azərbaycanın dünyanın müxtəlif yerlərində ortaq təhlükəsizlik çağırışlarına cavab verməsinin ən bariz nümunəsidir", - deyə səfir bildirib.
Li Litzenbergerin sözlərinə görə, Azərbaycanın Əfqanıstana önəmli nəqliyyat marşrutlarına dəstəyi oradakı ortaq səylərə önəmli dəstək olaraq qalır:
"Bakı-Tbilisi-Qars dəmiryolu xətti də həmin marşrutların gücləndirilməsində mühüm rol oynayacaq və eyni zamanda Azərbaycanın qlobal ticarətdə iştirakına da təkan verəcək".