• SİYASƏT

    16:58 27 oktyabr 2021

ABŞ səfiri Ermənistanın Gəncədə raket atəşinə tutduğu ərazilərdə olub

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Gəncəyə səfəri çərçivəsində ötən il Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbəsi endirilən ərazilərə baş çəkib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin “Twitter” hesabında bildirilib.

“Səfir 2020-ci ilin payız döyüşlərində həyatını itirən, o cümlədən 2020-ci ilin oktyabrında raket zərbəsi nəticəsində həlak olan Gəncə sakinlərinin xatirəsini dərin hüznlə yad edib”, - qeyd olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR