• SİYASƏT

    15:28 24 aprel 2020

ABŞ Səfirliyi Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərov barəsində qərarını alqışlayır

ABŞ-ın Azərbaycandakı Səfirliyi İlqar Məmmədov və Rəsul Cəfərov barəsində verilən bəraət qərarını alqışlayır.

APA-nın məlumatına görə, səfirliyi yaydığı açıqlamada Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyinin Avropa İnsan Hüquqları Məhkəməsinin 2017-ci ildə açıqladığı qərara uyğun olaraq Azərbaycan Ali Məhkəməsi tərəfindən Respublika Alternativ Partiyasının sədri İlqar Məmmədov barəsində verdiyi bəraət qərarını alqışladığı bildirilir.

“Səfirlik, həmçinin, hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində bəraət qərarının verilməsini alqışlayır. Səfirlik jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, habelə söz azadlığı hüququndan istifadə edən siyasi müxalifət üzvlərinə qarşı aparılan hədə-qorxu və həbs fəaliyyətlərinin sonu üçün atılan müsbət addımları alqışlamağa hazır olduğunu bildirir. Biz xalqlarımızın qarşılıqlı faydası naminə həm yuxarıda göstərilən həmdə başqa məsələlər ilə bağlı dialoq üçün hazır olduğumuzu bəyan edirik”, - deyə açıqlamada qeyd olunur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR