ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib.
ONA-nın məlumatına görə, təbrik səfirliyin rəsmi “Facebook” səhifəsində yerləşdirilib.
“1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən bəri Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır. Biz üzünmüddətli əməkdaşlığın davam etdirilməsini və təhlükəsizlik, enerji, demokratik idarəetmə sahələrində işin dərinləşdirilməsini və ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsini səbirsizliklə gözləyirik”, - təbrikdə qeyd edilib.