Ağdamda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 101 illiyi qeyd olunub.
ONA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə hüquq-mühafizə orqanlarının, idarə müəssisələrin əməkdaşları və rayon ictimaiyyəti iştirak edib.
Tədbirdə qeyd olunub ki, cəmi 23 ay ömür sürən AXC çox şərəfli və mürəkkəb bir yol keçib, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika olduğu qeyd olunub. Bildirib ki, AXC qısa müddət ərazində fəaliyyət göstərsə də onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar olub.
Tədbirin sonunda yerli incəsənət xadimləri konsert proqramı ilə çıxış edib.