• SİYASƏT

    12:15 30 dekabr 2019

Ağsaqqallar Şurasının sədri Azərbaycan Prezidentini və Birinci vitse-prezidenti təbrik edib

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə bildirilir:

“Əziz və hörmətli İlham müəllim!

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, Sizə və doğmalarınıza Ulu Tanrıdan ən şirin nemət olan cansağlığı, xoşbəxtlik, yorulmaz fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram!

Bu əziz bayram günündə qürur və fəxarətlə deyə biləcəyimiz bir danılmaz həqiqət var. Ulu öndər Heydər Əliyevin böyük şücaətlə fəlakətlərdən qoruduğu və davamlı inkişaf yoluna çıxardığı müstəqil respublikamız son 16 ildə Sizin fitri idarəçilik və liderlik keyfiyyətləriniz sayəsində özünün parlaq inkişaf mərhələsini yaşayır. Müasir Azərbaycan ötən illərdə inanılmaz nailiyyətlərə imza atıb. Kənar təzyiqləri inamla dəf edib, müstəqil siyasət yürüdüb. Ölkəmiz bu müddətdə qarşıya qoyduğu hədəflərə inamla çatıb. Azərbaycan bölgənin lideri, kosmik klubun üzvü, beynəlxalq enerji təhlükəsizliyində aparıcı dövlət, dünyada söz sahibidir. Sizin hər bir sahədə inkişafa nail olmaq üçün reallaşdırdığınız islahatlar uğurlu nəticələr verməklə Azərbaycanın dinamik yüksəlişinə səbəb olub. Bu islahatlar Sizin daim müasirləşən, dövrün çağırışlarına cavab verən müdrik siyasətinizin parlaq təzahürüdür. Sizin milli-mənəvi bütövlüyümüzün, həmrəyliyimizin, əqidə və əməl birliyimizin möhkəmləndirilməsi sahəsində gördüyünüz prinsipial işlər xalqımız və bütün dünya azərbaycanlıları tərəfindən birmənalı olaraq yüksək qiymətləndirilir.

Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir. Böyük əminliklə demək olar ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulan Azərbaycan üçün qarşıdakı illər daha uğurlu və daha böyük nailiyyətlərlə dolu olacaq. Artıq yola salmağa hazırlaşdığımız 2019-cu ilin mənzərəsi Azərbaycanın qarşısına qoyduğu hədəflərə doğru inamla irəliləyən ölkə olduğunu, inkişaf kursunun praktikada özünü tam doğrultduğunu bir daha sübut edir. Dünyaya günəş kimi doğan müstəqil Azərbaycanımızın bu günü gözəldir. Sabahı daha da nurlu olacaq. Çünki sağlam təməllər üzərində gözəlləşən, müasirləşən ölkəmizin tarixi taleyi etibarlı əllərdədir.

Sizi bayramlar münasibətilə Azərbaycan ağsaqqalları adından və şəxsən öz adımdan bir daha ürəkdən təbrik edir, gəlişi ilə dünyamızı təzələyən Yeni il ən gözəl müjdələri ilə daim Sizi sevindirsin, deyirəm!”

Şura sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevayaya təbrik ünvanlayıb. Təbrikdə qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin 1991-ci ildə qəbul etdiyi tarixi qərarla həmrəylik gününü milli bayram kimi qeyd etməyimiz xalqımızın birliyini daha da möhkəmləndirib, dünyada yaşayan on milyonlarla soydaşımızın mənəvi istinad mənbəyinə, birləşdirici amilə çevrilib: “Diaspor quruculuğu işini keyfiyyətcə yeni müstəviyə çıxaran möhtərəm Prezidentimiz İlham Əliyev cənabları həmvətənlərimizin daha sıx birləşməsinə xidmət edən bir çox əhəmiyyətli qərarlar qəbul edib, onların birlik və mütəşəkkilliyinin, tarixi Vətənlə əlaqələrinin gücləndirilməsi istiqamətində məqsədyönlü addımlar atıb.

Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində bu gün hər bir azərbaycanlının qürur mənbəyi olan müstəqil Azərbaycan illərə sığmayan yüksəlişlə inkişaf edib, tarixin heç bir dövründə indiki qədər güclü, müstəqil və qüdrətli olmayıb.

Fəxarət hissi ilə bildirirəm ki, Siz ölkəmizdə aparılan islahatlara davamlı dəstəyinizi verməklə möhtərəm Prezidentimizin ən sadiq və nümunəvi silahdaşı kimi xalqımızın və dövlətimizin ali mənafeyi uğrunda öz fəaliyyətinizi fədakarlıqla davam etdirir, Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasına, ölkəmizin müsbət imicinin formalaşmasına, eləcə də mədəniyyətlərarası dialoqun genişlənməsinə dərin töhfələrinizi verirsiniz”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR