• SİYASƏT

    18:42 19 iyul 2019

Ağstafa Rayon Məhkəməsi sədrinin vəzifəsi dəyişdirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa Rayon Məhkəməsinin sədri İlqar Yadulla oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

ONA-nın xəbərinə görə, sərəncama əsasən, İlqar Yadulla oğlu Əliyev Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Xocavənd Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR