• SİYASƏT

    11:06 13 iyun 2019

Aİ komissarı: "Ümid edirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş çox yaxında imzalanacaq"

“Azərbaycanla yeni sazişin əldə edilməsi Avropa İttifaqnın əsas prioritetlərindən biridir”.

ONA-nın xəbərinə görə, bunu Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han deyib.

Komissar bildirib ki, bu saziş tərəflər arasında intensivləşən əməkdaşlığın göstəricisi olacaq: “Azərbaycan Avropa İttifaqının əsas tərəfdaşlarından biridir. Bizim üçün önəmlisi Azərbaycanda iqtisadiyyatın diversifikasiyası sahəsində səylərə dəstək verməkdir. Ötən il Azərbaycanda informasiya texnologiya sektoru 9 faiz artıb. Biz bu artımı dəstəkləməyə davam edəcəyik. Ümid edirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş çox yaxın zamanda imzalanacaq”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR