• SİYASƏT

    18:14 7 mart 2025

Aİ-nin Ermənistandakı missiyası Qazaxla həmsərhəd ərazilərdə müşahidə aparıb - VİDEO

Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri növbəti dəfə Azərbaycanla həmsərhəd ərazilərdə müşahidə aparıblar.

APA xəbər verir ki, Aİ müşahidəçilər martın 7-də Qazax rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə mətbuatda məlumatlar və görüntülər yayılır.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.

Aİ-nin Ermənistandakı missiyası Qazaxla həmsərhəd ərazilərdə müşahidə aparıb - FOTO  - VİDEO Aİ-nin Ermənistandakı missiyası Qazaxla həmsərhəd ərazilərdə müşahidə aparıb - FOTO  - VİDEO

ONA

Teqlər:

SON XƏBƏRLƏR